قَالُوٓاْ أَجِئۡتَنَا لِتَأۡفِكَنَا عَنۡ ءَالِهَتِنَا فَأۡتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ٢٢
Qālū aji'tanā lita'fikanā 'an ālihatinā fa tinā bimā ta'idunā in kunta minas-sādiqīn
Onlar isə: “Sən bizi ilahlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini (əzabı) gətir!”– dedilər.
Təfsir
Qövmü isə ona belə cavab vermişdi: "Sən bizi məbudlarımızdan döndərməyə gəlmisən?! Sən öz istəyinə əsla nail ola bilməyəcəksən. Əgər iddia etdiyin əzab doğrudursa, elə isə bizi təhdid etdiyini o əzabı gətir görək!"