Al-'Adiyat surəsi, ayə 9

100:9

۞ أَفَلَا يَعۡلَمُ إِذَا بُعۡثِرَ مَا فِي ٱلۡقُبُورِ ٩

Afalā ya'lamu idhā bu'thira mā fil-qubūr

Məgər o bilmir ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı

Təfsir

Məgər dünya həyatına aldanmış o insan bilmir ki, Allah qəbirlərdəki ölüləri dirildəcəyi və onları haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün qəbirlərindən çıxaracağı zaman, iş heç də onun düşündüyü kimi olmayacaq?!