أَن جَآءَهُ ٱلۡأَعۡمَىٰ ٢
An jā'ahul-a'mā
yanına kor (Abdullah ibn Ümmi-Məktum) gəldiyinə görə.
Təfsir
Rəsulullah (səllallahu aleyhi və səlləm) hidayət olunmaları ümidi ilə müşriklərin böyüklərini dəvət etməklə məşğul olduğu bir əsnada bu zaman gözləri görməyən Abdullah bin Ummu Məktumun gələrək Rəsulullahdən (səllallahu aleyhi və səlləm) ona İslam barədə xəbər verməsini istədikdə Rəsulullah (səllallahu aleyhi və səlləm) qaşqabağını töküb üzünü çevirdi.