İslamla tanışlıq

8 dərsdən 2-ci dərs

Allah kimdir?

Qurandan

قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ ﴿١﴾ ٱللَّهُ ٱلصَّمَدُ ﴿٢﴾ لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ ﴿٣﴾ وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ ﴿٤﴾

(Ey Peyğəmbər!) De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə də doğulub, Onun heç bir bənzəri də yoxdur”.

Al-Ikhlas 112:1-4Quranda oxuyun

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡحَيُّ ٱلۡقَيُّومُۚ لَا تَأۡخُذُهُۥ سِنَةٞ وَلَا نَوۡمٞۚ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ مَن ذَا ٱلَّذِي يَشۡفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذۡنِهِۦۚ يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡۖ وَلَا يُحِيطُونَ بِشَيۡءٖ مِّنۡ عِلۡمِهِۦٓ إِلَّا بِمَا شَآءَۚ وَسِعَ كُرۡسِيُّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۖ وَلَا يَـُٔودُهُۥ حِفۡظُهُمَاۚ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ ﴿٢٥٥﴾

Allah Özündən başqa (haqq) məbud olmayandır, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, (hamısı) Ona məxsusdur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, (qullarının) gələcəyini və keçmişini bilir. Onlar Allahın elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları qoruyub saxlamaq Ona ağır gəlməz. O, Ucadır, Əzəmətlidir.

Al-Baqarah 2:255Quranda oxuyun

فَاطِرُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَمِنَ ٱلۡأَنۡعَٰمِ أَزۡوَٰجٗا يَذۡرَؤُكُمۡ فِيهِۚ لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ﴿١١﴾

(Allah) göyləri və yeri Yaradandır. O sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir.

Ash-Shura 42:11Quranda oxuyun

هُوَ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَۖ عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِۖ هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ ﴿٢٢﴾ هُوَ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡمَلِكُ ٱلۡقُدُّوسُ ٱلسَّلَٰمُ ٱلۡمُؤۡمِنُ ٱلۡمُهَيۡمِنُ ٱلۡعَزِيزُ ٱلۡجَبَّارُ ٱلۡمُتَكَبِّرُۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يُشۡرِكُونَ ﴿٢٣﴾ هُوَ ٱللَّهُ ٱلۡخَٰلِقُ ٱلۡبَارِئُ ٱلۡمُصَوِّرُۖ لَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰۚ يُسَبِّحُ لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿٢٤﴾

O, Özündən başqa heç bir ilah olmayan, qeybi və aşkarı bilən Allahdır. O, Rəhmandır, Rəhimdir. O, Özündən başqa heç bir ilah olmayan, Məlik (göylərin və yerin mülkünün sahibi), Qüddus (bütün qüsurlardan pak), Salam (bütün eyib və naqis sifətlərdən uzaq), Mömin (haqqı təsdiq edən və qullarına əmin-amanlıq bəxş edən), Muhəymin (hər bir şeyi müşahidə edən), Əziz (yenilməz güc-qüvvət sahibi), Cabbar (istədiyi hər hansı bir şeyə məcbur etməyə qadir olan), Mutəkəbbir (əzəmətli, təkəbbürlü və məxluqata aid sifətlərdən uzaq) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır. O, Xaliq (yaradan), Bəri (yoxdan var edən), Musavvir (məxluqatına istədiyi surəti verən) Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təsbih edir. O, Qüdrətlidir, Hikmət sahibidir.

Al-Hashr 59:22-24Quranda oxuyun

Bütün dərslər