قَالُواْ تَٱللَّهِ إِنَّكَ لَفِي ضَلَٰلِكَ ٱلۡقَدِيمِ ٩٥
Qālū tallāhi innaka lafī dalālikal-qadīm
Onlar dedilər: “Allaha and olsun ki, sən hələ də köhnə yanlışlığın içindəsən”.
Təfsir
Yanında olan övladları ona dedilər: "Allaha and olsun ki, sən hələ də Yusifi xatırlamaqdan və onu yenidən görmək barədə köhnə şaşqınlığından əl çəkməmisən!"