وَلَأَجۡرُ ٱلۡأٓخِرَةِ خَيۡرٞ لِّلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ ٥٧
Wala'ajrul-ākhirati khayrul lilladhīna āmanū wakānū yattaqūn
İman gətirənlər və (Allahdan qorxub) pis əməllərdən çəkinənlər üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir.
Təfsir
Allaha iman gətirən, Onun əmrlərini yerinə yetirib qadağalarından çəkinərək Ondan qorxan kimsələr üçün, əlbəttə ki, Allahın axirətdə hazırladığı mükafatı dünya mükafatından daha xeyirlidir.