وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي ٱلۡأَرۡضِ يَتَبَوَّأُ مِنۡهَا حَيۡثُ يَشَآءُۚ نُصِيبُ بِرَحۡمَتِنَا مَن نَّشَآءُۖ وَلَا نُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ ٥٦
Wakadhālika makkannā liyūsufa fil-ardi yatabawwa'u minhā haythu yashā'u nusību birahmatinā man nashā'u walā nudī'u ajral-muhsinīn
Beləliklə, Yusifi o diyarda hökmran etdik. O, (Misirdə) istədiyi yerdə qala bilirdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edər və yaxşı iş görənlərin mükafatını puç etmərik.
Təfsir
Biz Yusifi ona atılan böhtandan təmizə çıxarıb, zindandan xilas edərək ona nemətimizdən bəxş etdik. Eləcə də onu, Misir diyarında bərqərar edib nemətimizdən ona bəxş etdik. Beləliklə, o, Misirdə könlü istədiyi yerə gedib, orada qala bilirdi. Biz dünyada istədiyimiz qulumuza Öz mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsla zay etmirik, əksinə, onların mükafatını əskidilmədən, kamil bir şəkildə veririk.