يُوسُفُ أَيُّهَا ٱلصِّدِّيقُ أَفۡتِنَا فِي سَبۡعِ بَقَرَٰتٖ سِمَانٖ يَأۡكُلُهُنَّ سَبۡعٌ عِجَافٞ وَسَبۡعِ سُنۢبُلَٰتٍ خُضۡرٖ وَأُخَرَ يَابِسَٰتٖ لَّعَلِّيٓ أَرۡجِعُ إِلَى ٱلنَّاسِ لَعَلَّهُمۡ يَعۡلَمُونَ ٤٦
Yūsufu ayyuhas-siddīqu aftinā fī sab'i baqarātin simānin ya'kuluhunna sab'un 'ijāfun wasab'i sumbulātin khudrin wa ukhara yābisātil la'allī arji'u ilan-nāsi la'allahum ya'lamūn
(O, zindana gəlib dedi:) “Ey Yusif! Ey düz danışan insan! Yeddi arıq inəyin yeddi kök inəyi yediyi, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru (sünbüllər) barədə bizə xəbər ver. Ola bilsin ki, mən o adamların yanına (dorğu xəbərlə) qayıdım və bəlkə onlar da (bu yuxunun yozumunu) bilsinlər”.
Təfsir
Zindandan xilas olan gənc Yusifin yanına gəlib ona dedi: "Ey Yusuf! Ey düz danışan insan! Yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin, yeddi yaşıl sünbül və yeddi quru sünbüllər görən kimsənin yuxusunun yozumunu bizə xəbər ver. Ola bilsin ki, mən hökmdarın və onun yanında olan adamların yanına qayıdım, bəlkə onlar da hökmdarın gördüyü yuxunun yozumunu bilsinlər və beləliklə də onlar sənin fəzilətini və dəyərini bilsinlər!"