Yusuf surəsi, ayə 47

12:47

قَالَ تَزۡرَعُونَ سَبۡعَ سِنِينَ دَأَبٗا فَمَا حَصَدتُّمۡ فَذَرُوهُ فِي سُنۢبُلِهِۦٓ إِلَّا قَلِيلٗا مِّمَّا تَأۡكُلُونَ ٤٧

Qāla tazra'ūna sab'a sinīna da'aban famā hasattum fadharūhu fī sumbulihī illā qalīlam mimmā ta'kulūn

(Yusif) dedi: “Yeddi il gücünüz yetdiyi qədər qədər əkin. Biçdiyinizi isə, yeyəcəyiniz az miqdar müstəsna olmaqla, sünbüldə saxlayın.

Təfsir

Yusif - aleyhissəlam - bu yuxunun yozumu barədə xəbər verib dedi: "Yeddi il ciddi şəkildə, ardıcıl olaraq əkin. Həmən yeddi il ərzində sünbüllərdən biçdiyi­nizi isə, yemək ehtiyacınız üçün ayırdığınız az miq­dar is­tisna olmaqla, toxumların çürüyüb, qurt vurmaması üçün elə sünbülün üstündə də saxlayın.