قَالَ لَا يَأۡتِيكُمَا طَعَامٞ تُرۡزَقَانِهِۦٓ إِلَّا نَبَّأۡتُكُمَا بِتَأۡوِيلِهِۦ قَبۡلَ أَن يَأۡتِيَكُمَاۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِي رَبِّيٓۚ إِنِّي تَرَكۡتُ مِلَّةَ قَوۡمٖ لَّا يُؤۡمِنُونَ بِٱللَّهِ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ كَٰفِرُونَ ٣٧
Qāla lā ya'tīkumā ta'āmun turzaqānihī illā nabba'tukumā bita'wīlihī qabla an ya'tiyakumā dhālikumā mimmā 'allamanī rabbī innī taraktu millata qawmil lā yu'minūna billāhi wahum bil-ākhirati hum kāfirūn
O dedi: “Sizə veriləcək yemək gəlməzdən öncə mən bu yuxunun yozumunu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir. Mən Allaha iman gətirməyən və axirəti inkar edən bir qövmün dinini tərk etdim.
Təfsir
Yusif - aleyhissəlam- dedi: "Sizə hökümdar yaxud başqası tərəfindən veriləcək yemək gəlməmişdən əvvəl mən sizə gördüyünüz yuxunun həqiqətini və yuxularınızın sonda nə ilə nəticələnəcəyi barədə bildirərəm. Sizə xəbər yerdiyim bu yuxu yozumu, kahinlər və ya münəccimlər tərəfindən deyil, əksinə, Rəbbimin mənə öyrətdiyi elimdəndir. Mən Allaha iman gətirməyən, özləri də axirəti inkar edən bir qövmün dinini tərk etdim!"