Yusuf surəsi, ayə 38

12:38

وَٱتَّبَعۡتُ مِلَّةَ ءَابَآءِيٓ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَۚ مَا كَانَ لَنَآ أَن نُّشۡرِكَ بِٱللَّهِ مِن شَيۡءٖۚ ذَٰلِكَ مِن فَضۡلِ ٱللَّهِ عَلَيۡنَا وَعَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ ٣٨

Wattaba'tu millata ābā'ī ibrāhīma wa ishāqa waya'qūba mā kāna lanā an nushrika billāhi min shay'in dhālika min fadlillāhi 'alaynā wa'alan-nāsi walākinna aktharan-nāsi lā yashkurūn

Mən atalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və (bütün) insanlara olan lütfüdür, lakin insanların əksəriyyəti şükür etməz.

Təfsir

Mən atalarımın dininə: İbrahimin, İshaqın və Yaqubun dininə tabe oldum. Bu din, tək Allaha ibadət etmək dinidir. Uca Allaha hər hansı bir şeyi şərik qoşmaq bizə ya­raş­maz. O, ibadətə layiq olan tək bir İlahdır. Mənim və atalarımın Allahın təkliyini qəbul edib və Ona iman etməmiz Allahın bizə müvəffəq etdiyi lütfü sayəsindədir. Həmçini, Allahın bütün insanlara Öz Peyğəmbərlərini tövhid və iman ilə göndərməsi də Allahın onlara olan bir lütfündəndir. Lakin insanların çoxu Allahın onlara bəxş etdiyi nemətlərə görə Allaha şükür etməzlər, əksinə, onlara verilən nemətlərə nankorluq edərlər!