ثُمَّ بَدَا لَهُم مِّنۢ بَعۡدِ مَا رَأَوُاْ ٱلۡأٓيَٰتِ لَيَسۡجُنُنَّهُۥ حَتَّىٰ حِينٖ ٣٥
Thumma badā lahum mim ba'di mā ra'awul-āyāti layasjununnahū hattā hīn
(Bu qədər) dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər.
Təfsir
Əziz və onun qövmü Yusifin günahsız olduğuna dair dəlillərə şahid olduqları halda bu rüsvayçılığın insanlar arasında yayılmaması üçün onu bəlli olmayan bir müddətə qədər zindana salmaq qərarına gəldilər.