وَلَا يَحۡزُنكَ قَوۡلُهُمۡۘ إِنَّ ٱلۡعِزَّةَ لِلَّهِ جَمِيعًاۚ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٦٥
Walā yahzunka qawluhum innal-'izzata lillāhi jamī'an huwas-samī'ul-'alīm
Onların sözləri səni kədərləndirməsin. Çünki izzət bütünlüklə Allaha məxsusdur. O, Eşidəndir, Biləndir.
Təfsir
Ey Peyğəmbər! Onların sənin dininə tənə və təhqir etmələri səni kədərləndirməsin. Çünki qələbə sonda yalnız Allaha məxsusdur. Onu heç bir şey aciz edə bilməz. Allah onların sözlərini eşidəndir, əməllərini biləndir. O, hər bir kəsin etdiyi əməlin mükafatını verəcəkdir.