Yunus surəsi, ayə 12

10:12

وَإِذَا مَسَّ ٱلۡإِنسَٰنَ ٱلضُّرُّ دَعَانَا لِجَنۢبِهِۦٓ أَوۡ قَاعِدًا أَوۡ قَآئِمٗا فَلَمَّا كَشَفۡنَا عَنۡهُ ضُرَّهُۥ مَرَّ كَأَن لَّمۡ يَدۡعُنَآ إِلَىٰ ضُرّٖ مَّسَّهُۥۚ كَذَٰلِكَ زُيِّنَ لِلۡمُسۡرِفِينَ مَا كَانُواْ يَعۡمَلُونَ ١٢

Wa idhā massal-insānad-durru da'ānā lijambihī aw qā'idan aw qā'iman falammā kashafnā 'anhu durrahū marra ka al lam yad'unā ilā durrim massahū kadhālika zuyyina lil-musrifīna mā kānū ya'malūn

İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizə dua edər. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizə dua etməmiş kimi keçib gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.

Təfsir

Günah etməkdə özünə zülüm edəm insana bir xəstəlik yaxud bir bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da o xəstəliyin və ya bəlanın aradan qaldırılması üçün, zəlil halda və yalvararaq Bizə dua edər. Biz onun duasına cavab verib bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi üz çevirib gedər. Üz çevirib gedən bu inadkar insana özlərinin zəlalətdə qalıb, günahlarda davam etmələri onlara əməlləri gözəl göstərildiyi kimi, küfr etməklə həddi aşanlara da etdikləri küfr və asi əməllər beləcə gözəl göstərildi. Onlar bu əməlləri əsla əl çəkməzlər.