وَلَقَدۡ أَهۡلَكۡنَا ٱلۡقُرُونَ مِن قَبۡلِكُمۡ لَمَّا ظَلَمُواْ وَجَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ وَمَا كَانُواْ لِيُؤۡمِنُواْۚ كَذَٰلِكَ نَجۡزِي ٱلۡقَوۡمَ ٱلۡمُجۡرِمِينَ ١٣
Walaqad ahlaknal-qurūna min qablikum lammā zalamū wajā'athum rusuluhum bil-bayyināti wamā kānū liyu'minū kadhālika najzil-qawmal-mujrimīn
Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda (onlara) inanmadıqlarına görə məhv etdik. Biz günahkar qövmü belə cəzalandırırıq.
Təfsir
Ey müşriklər! Biz sizdən əvvəlki ümmətləri Allahın elçilərini yalan sayıb, günahlar etdiklərinə görə məhv etdik. Özlərinə göndərdiyimiz elçiləri onlara, o elçilərin həqiqətən də, Allah tərəfində göndərilən elçilər olduğuna dəlalət edən açıq-aydın dəlillər gətirdikləri halda, onlar, iman gətirməyə hazır olmadıqları üçün elçilərə iman gətirmədilər. Allah bu səbəbdən onları rəzil etdi və onlara iman gətirməyə müvəffəq etmədi. Biz o zalim ümmətləri cəzalandırtdığımız kimi, zaman və məkandan aslı olmayaraq onların yolunu tutub gedən hər bir günahkar adamları belə cəzalandırırıq.