وَلَهُمۡ فِيهَا مَنَٰفِعُ وَمَشَارِبُۚ أَفَلَا يَشۡكُرُونَ ٧٣
Walahum fīhā manāfi'u wamashāribu afalā yashkurūn
Bunlarda (bu heyvanlarda) onlar üçün (başqa) mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?!
Təfsir
Onlar üçün bu heyvanları minmək və ətindən yemək kimi mənfəətlərdən başqa, yunundan, qılından, tükündən və müqabilində əldə edilmiş puldan istifadə etmək, bu heyvanların tükündən özünüzə isti paltarlar və yumuşaq döşəklər düzəltmək, habelə, südündən içmək kimi başqa mənfəətlər də vardır. Bu və digər nemətləri onlara bəxş edən Allaha şükür etməyəcəklərmi?!