Yasin surəsi, ayə 66

36:66

وَلَوۡ نَشَآءُ لَطَمَسۡنَا عَلَىٰٓ أَعۡيُنِهِمۡ فَٱسۡتَبَقُواْ ٱلصِّرَٰطَ فَأَنَّىٰ يُبۡصِرُونَ ٦٦

Walaw nashā'u latamasnā 'alā a'yunihim fastabaqus-sirāta fa annā yubsirūn

Əgər istəsəydik, onların gözlərini kor edərdik. O zaman onlar (düz) yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?!

Təfsir

Əgər Biz onların gözlərini kor etmək istəsəydik, kor edərdik və onlar heç nə görməzdilər. Onda onlar doğru yolu tapıb Cənnətə girmə üçün bir-biri ilə ötüşərdilər. Lakin onların kor olduqları halda doğru yolu tapması mümkün deyil.