Yasin surəsi, ayə 65

36:65

ٱلۡيَوۡمَ نَخۡتِمُ عَلَىٰٓ أَفۡوَٰهِهِمۡ وَتُكَلِّمُنَآ أَيۡدِيهِمۡ وَتَشۡهَدُ أَرۡجُلُهُم بِمَا كَانُواْ يَكۡسِبُونَ ٦٥

Al-yawma nakhtimu 'alā afwāhihim watukallimunā aydīhim watashhadu arjuluhum bimā kānū yaksibūn

Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları (günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.

Təfsir

Bu gün Biz onların ağızla­rı­na möhür vuracaq və onlar lal olub etdikləri küfr və asilikləri inkar edə bilməyəcəklər. Dünyada etdikləri əməllər barə­sin­də onların əlləri Bizimlə danışacaq, ayaq­ları da, onların asilik etdiyinə və bu asiliyin dalınca getdiyinə şəhadət ve­rəcək.