وَإِذَا قِيلَ لَهُمۡ أَنفِقُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ قَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُوٓاْ أَنُطۡعِمُ مَن لَّوۡ يَشَآءُ ٱللَّهُ أَطۡعَمَهُۥٓ إِنۡ أَنتُمۡ إِلَّا فِي ضَلَٰلٖ مُّبِينٖ ٤٧
Wa idhā qīla lahum anfiqū mimmā razaqakumullāhu qālal-ladhīna kafarū lilladhīna āmanū anut'imu mal law yashā'ullāhu at'amahū in antum illā fī dalālim mubīn
Onlara: “Allahın sizə verdiyi ruzidən xərcləyin!”– deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?! Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”.
Təfsir
O inadkarlara: “Allahın sizə bəxş etdiyi mal-dövlətdən fəqirlərə və miskinlərə verməklə onlara kömək edin!”– deyildikdə, inkar edib iman gətirənlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik?! Biz Onun istəyinə qarşı çıxa bilmərik. Siz, ey möminlər, ancaq açıq-aydın azğınlıq içindəsiniz və haqdan uzaqsınız.”