قَالَ بَصُرۡتُ بِمَا لَمۡ يَبۡصُرُواْ بِهِۦ فَقَبَضۡتُ قَبۡضَةٗ مِّنۡ أَثَرِ ٱلرَّسُولِ فَنَبَذۡتُهَا وَكَذَٰلِكَ سَوَّلَتۡ لِي نَفۡسِي ٩٦
Qāla basurtu bimā lam yabsurū bihī faqabadtu qabdatam min atharir-rasūli fanabadhtuhā wakadhālika sawwalat lī nafsī
O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu (bəzək əşyalarının üstünə) atdım. Nəfsim məni (buna) sövq etdi”.
Təfsir
Samiri Musaya belə dedi: "Mən İsrail oğularının görmədiklərini gördüm. Mən Cəbraili atının üstündə gördüm bu zaman onu atının ayağı dəydiyi torpaqdan bir ovuc aldım və həmən torpağı buzov şəkilində düzəldilən ərimiş qızıl əşyalarının üstünə atdım bundan sonra inək böyürtüsü kimi böyürüb səs çıxaran bir buzov əmələ gəldi və beləliklə də nəfsim mənə etdiyim bu şeyi gözəl göstərdi".