قَالَ يَبۡنَؤُمَّ لَا تَأۡخُذۡ بِلِحۡيَتِي وَلَا بِرَأۡسِيٓۖ إِنِّي خَشِيتُ أَن تَقُولَ فَرَّقۡتَ بَيۡنَ بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَلَمۡ تَرۡقُبۡ قَوۡلِي ٩٤
Qāla yabna'umma lā ta'khudh bilihyatī walā bira'sī innī khashītu an taqūla farraqta bayna banī isrā'īla walam tarqub qawlī
(Harun) dedi: “Ey anamın oğlu! Saqqalımdan, saçımdan tutma. Doğrusu, mən sənin: “İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!”– deyəcəyindən qorxdum.
Təfsir
Musa qardaşının etdiyini qınayaraq onun saçından və saqqalından tutub özünə tərəf çəkdikdə, Harun da ona mülayim şəkildə belə dedi: "Saqqalımdan və saçımdan tutma. Mənim onlarla birgə qalıb, sənin yanına gəlmədiyimə görə üzürüm var. Mən onları başlı-başına buraxıb sənin yanına gəldikdə, onların, öz aralarında parçalanmağından və sənin mənə: "Sən onların arasın parçaladın və sənə onlar barədə etdiyim vəsiyyətimi yerinə yetirmədin" – deyəcəyindən qorxdum!"