إِذۡ تَمۡشِيٓ أُخۡتُكَ فَتَقُولُ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰ مَن يَكۡفُلُهُۥۖ فَرَجَعۡنَٰكَ إِلَىٰٓ أُمِّكَ كَيۡ تَقَرَّ عَيۡنُهَا وَلَا تَحۡزَنَۚ وَقَتَلۡتَ نَفۡسٗا فَنَجَّيۡنَٰكَ مِنَ ٱلۡغَمِّ وَفَتَنَّٰكَ فُتُونٗاۚ فَلَبِثۡتَ سِنِينَ فِيٓ أَهۡلِ مَدۡيَنَ ثُمَّ جِئۡتَ عَلَىٰ قَدَرٖ يَٰمُوسَىٰ ٤٠
Idh tamshī ukhtuka fataqūlu hal adullukum 'alā man yakfuluhū faraja'nāka ilā ummika kay taqarra 'aynuhā walā tahzana waqatalta nafsan fanajjaynāka minal-ghammi wafatannāka futūnan falabithta sinīna fī ahli madyana thumma ji'ta 'alā qadarin yāmūsā
O zaman bacın gedib (Firon ailəsinə belə) deyirdi: “Sizə onun qayğısına qalacaq birisini göstərimmi?” Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Sən (boya-başa çatdıqda) bir nəfəri öldürdün. (O vaxt) Biz səni qəm-qüssədən qurtardıq. Biz səni (çətin) sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da əzəldən yazılmış qədərə görə gəlib (bu yerə) çatdın, ey Musa!
Təfsir
O zaman bacın sandığın arxasınca düşüb onun hara getdiyini təqib edirdi. Həhayət sandığ sahilə yetişib, Firon cammatı onu çaydan götürdükdə, bacın onlara belə dedi: "Sizə onun qayğısına qalacaq, onu lazımınca qoruyacaq və əmizdirəcək birisini göstərimmi?" Beləliklə, sənin anana qayıtmağından dolayı onun sevinməsi və sənə görə qəm-qüssə çəkməsin deyə, sənin yenidən anana qayıtmağı bəxş etdik. Həmçinin, sən boya-başa çatdıqda bir qibtini yumruqla öldürdüyündən sonra sənə bunun cəzasından qurtarmağı bəxş etdik. Biz səni, başına gələn bütün çətinliklərdən, sınaqlardan qurtardıq. Misiri tərk edib illərlə Mədyən əhli içində qaldın. Sonra da ey Musa! Sənin üçün müəyyən olunmuş vaxt gəlib çatdıqda, Rəbbinin səninlə danışması üçün vadiyə gəldin.