أَنِ ٱقۡذِفِيهِ فِي ٱلتَّابُوتِ فَٱقۡذِفِيهِ فِي ٱلۡيَمِّ فَلۡيُلۡقِهِ ٱلۡيَمُّ بِٱلسَّاحِلِ يَأۡخُذۡهُ عَدُوّٞ لِّي وَعَدُوّٞ لَّهُۥۚ وَأَلۡقَيۡتُ عَلَيۡكَ مَحَبَّةٗ مِّنِّي وَلِتُصۡنَعَ عَلَىٰ عَيۡنِيٓ ٣٩
Aniqdhifīhi fit-tābūti faqdhifīhi fil-yammi falyulqihil-yammu bis-sāhili ya'khudhhu 'aduwwul lī wa'aduwwul lahū wa alqaytu 'alayka mahabbatam minnī walitusna'a 'alā 'aynī
“Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi (Firon) onu götürsün”. Gözüm önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı (qullarım arasında) məhəbbət oyatdım.
Təfsir
Anasına ilham yolu ilə belə buyurduq: "Onu dünyaya gətirdikdən sonra bir sandığa qoyub Nil çayına burax ki, Nil çayı onu Bizim əmrimizlə sahilə çıxartsın, beləliklə də, həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün. Bu kimsə, Firondur". Gözüm önündə və Mənim mühafizəm altında böyüyüb, boya-başa çatıb, tərbiyə alman üçün, Öz tərəfimdən sənə qarşı qullarım arasında bir məhəbbət oyatdım və beləliklə də, insanlar səni sevdilər.