Taha surəsi, ayə 4

20:4

تَنزِيلٗا مِّمَّنۡ خَلَقَ ٱلۡأَرۡضَ وَٱلسَّمَٰوَٰتِ ٱلۡعُلَى ٤

Tanzīlam mimman khalaqal-arda was-samāwātil-'ulā

O, yeri və uca göyləri yaradan (Allah) tərəfindən nazil olmuşdur.

Təfsir

Bu Kitabı, yeri və uca göyləri ya­ra­dan Allah nazil etmişdir. O, əzəmətli bir Qurandır. Çünki o, əzəmətli olan Allah tərəfindən endirilmişdir.