يَوۡمَئِذٖ يَتَّبِعُونَ ٱلدَّاعِيَ لَا عِوَجَ لَهُۥۖ وَخَشَعَتِ ٱلۡأَصۡوَاتُ لِلرَّحۡمَٰنِ فَلَا تَسۡمَعُ إِلَّا هَمۡسٗا ١٠٨
Yawma'idhin yattabi'ūnad-dā'iya lā 'iwaja lahū wakhasha'atil-aswātu lir-rahmāni falā tasma'u illā hamsā
O gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər. Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən.
Təfsir
O gün insanlar məhşərə çağıran carçının arxasınca yeriyəcəklər. Onun ardınca getməkdən kimsə onları yayındıra bilməyəcəkdir. Rəhmanın qorxusundan bütün səslər kəsiləcək və o gün sən yalnız onların yavaşca danışıqlarını eşidəcəksən.