Sad surəsi, ayə 65

38:65

قُلۡ إِنَّمَآ أَنَا۠ مُنذِرٞۖ وَمَا مِنۡ إِلَٰهٍ إِلَّا ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ ٦٥

Qul innamā ana mundhirun wamā min ilāhin illallāhul-wāhidul-qahhār

De: “Mən yalnız xəbərdar edənəm. Tək olan, (hər şeyə) Qalib gələn Allahdan başqa (ibadətə layiq olan) ilah yoxdur”.

Təfsir

Ey Muhəmməd, qövmünün kafirlərinə de: “Mən sizi, Allaha küfr etdiyinizə və Onun peyğəmbərlərini yalançı saydığınıza görə, Allahın əzabına düçar olacağınız barədə xəbər­darlıq edə­nəm. Əzəməti, sifətləri və isimləri xüsusunda tək olan, hər şeyə üstün gə­lən və hər şeyi Özünə ram edən pak və müqəddəs Allahdan başqa iba­də­tə layiq olan məbud yoxdur”.