Sad surəsi, ayə 60

38:60

قَالُواْ بَلۡ أَنتُمۡ لَا مَرۡحَبَۢا بِكُمۡۖ أَنتُمۡ قَدَّمۡتُمُوهُ لَنَاۖ فَبِئۡسَ ٱلۡقَرَارُ ٦٠

Qālū bal antum lā marhabā bikum antum qaddamtumūhu lanā fabi'sal-qarār

(Tabe olanlar) deyəcəklər: “Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qərar tutulan yerdir!”

Təfsir

Tabe olanlar öz başçılarına deyəcəklər: “Xeyr, si­zin özünüzə salam ol­ma­sın, ey başçılar! Bizim bu ağrılı-acılı əzaba düçar olmağımıza səbəbkar sizsiniz. Siz bizi azdırıb yoldan çıxardırdınız. Onların hamısının qərar tutacağı bu Cəhənnəm odu, necə də pis qə­rar tutulan yer­dir!”