Sad surəsi, ayə 59

38:59

هَٰذَا فَوۡجٞ مُّقۡتَحِمٞ مَّعَكُمۡ لَا مَرۡحَبَۢا بِهِمۡۚ إِنَّهُمۡ صَالُواْ ٱلنَّارِ ٥٩

Hādhā fawjum muqtahimum ma'akum lā marhabā bihim innahum sālun-nār

(Kafirlərin başçılarına deyiləcək:) “Bu, sizinlə birlikdə (Cəhənnəmə) girən dəstədir. (Başçılar deyəcəklər:) “Onlara salam olmasın! Şübhəsiz ki, onlar odda yanacaqlar”.

Təfsir

Cəhənnəm əhli atəşə düçar olduqdan sonra onlar öz aralarında höcətləşib bir-birilərini söyəcək və bir-birilərindən uzaq olduqlarını deyəcəklər. Onlardan bəzisi deyəcək: “Bu, sizinlə birlikdə Cəhənnə­mə gi­rən dəstə­dir." O biriləri də onlara belə cavab verəcəklər: “Onlara salam olma­sın! Şübhəsiz ki, biz odda əzab çəkdiyimiz kimi, onlar da odda əzab çəkəcəklər”.