Sad surəsi, ayə 45

38:45

وَٱذۡكُرۡ عِبَٰدَنَآ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ أُوْلِي ٱلۡأَيۡدِي وَٱلۡأَبۡصَٰرِ ٤٥

Wadhkur 'ibādanā ibrāhīma wa ishāqa waya'qūba ulil-aydī wal-absār

(Ey Peyğəmbər!) Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal!

Təfsir

Ey Peyğəmbr, seçib elçi göndərdiyimiz qul­larımızı - İbrahimi, İshaqı və Yəqubu da yada sal! Onlar Allaha itaət etməyə və Onun rizasını qazanmağa qadir idilər, üstəlik, haqqı görən düzgün bəsirət sahibləri idilər.