Sad surəsi, ayə 44

38:44

وَخُذۡ بِيَدِكَ ضِغۡثٗا فَٱضۡرِب بِّهِۦ وَلَا تَحۡنَثۡۗ إِنَّا وَجَدۡنَٰهُ صَابِرٗاۚ نِّعۡمَ ٱلۡعَبۡدُ إِنَّهُۥٓ أَوَّابٞ ٤٤

Wakhudh biyadika dighthan fadrib bihī walā tahnath innā wajadnāhu sābiran ni'mal-'abdu innahū awwāb

(Biz ona dedik:) “Əlinə bir dəstə (çubuq) götür və onunla (zövcəni) vur. Andını pozma.” Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı.

Təfsir

Əyyub zövcəsinə qəzəbləndikdə və ona yüz çubuq vuracağına and içdikdə, Biz ona dedik: “Ey Əyyub, an­dı­nı yerini yetirmək üçün əlinə bir bağlama çubuq götür onu bir kərə vur və andını pozma.” Əyyub əlinə bir bağlama çubuq götürüb onu vurdu. Həqiqətən, Biz onun, Bizim ona göndərdiyimiz imtahana səbir etdiyini gör­dük. O, daim Allaha töbvə edər və Ona üz tutardı.