۞ وَهَلۡ أَتَىٰكَ نَبَؤُاْ ٱلۡخَصۡمِ إِذۡ تَسَوَّرُواْ ٱلۡمِحۡرَابَ ٢١
Wahal atāka naba'ul-khasmi idh tasawwarul-mihrāb
(Ey Peyğəmbər! Davudun yanında) mübahisə edənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girmişdilər.
Təfsir
Ey Peyğəmbər, Davud (aleyhissəlam) ibadət etdiyi yerdə ikən, divarı aşıb onun yanına gəlib orada bir-birilə höcətləşənlərin xəbəri sənə gəlib çatdımı?