Sad surəsi, ayə 22

38:22

إِذۡ دَخَلُواْ عَلَىٰ دَاوُۥدَ فَفَزِعَ مِنۡهُمۡۖ قَالُواْ لَا تَخَفۡۖ خَصۡمَانِ بَغَىٰ بَعۡضُنَا عَلَىٰ بَعۡضٖ فَٱحۡكُم بَيۡنَنَا بِٱلۡحَقِّ وَلَا تُشۡطِطۡ وَٱهۡدِنَآ إِلَىٰ سَوَآءِ ٱلصِّرَٰطِ ٢٢

Idh dakhalū 'alā dāwūda fafazi'a minhum qālū lā takhaf khasmāni baghā ba'dunā 'alā ba'din fahkum baynanā bil-haqqi walā tushtit wahdinā ilā sawā'is-sirāt

Onlar Davudun yanına daxil olduqda (Davud) onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki mübahisəçiyik. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər!

Təfsir

Onlar Davudun yanına qəfil daxil ol­duqda, Davud onların belə qeyri-adi yolla içəri daxil olmasından əndişəyə düşdü. Onlar onun əndişəyə düşdüyünü gördükdə dedilər: “Qorx­ma! Biz iki iddiaçıyıq. Bi­rimiz di­gə­ri­nə zülm etmişdir. Bizim aramızda ədalətlə hökm ver, aramızda hökm verdikdə haqqımızı tapdalama və bizə düz yolu - haqq yolu göstər!