Sad surəsi, ayə 2

38:2

بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي عِزَّةٖ وَشِقَاقٖ ٢

Balil-ladhīna kafarū fī 'izzatin washiqāq

Kafirlər təkəbbür və ixtilaf içindədirlər.

Təfsir

Lakin kafirlər Allahın təkliyini qəbul etməyi özlərinə sığışdırmır və təkəbbürlük göstərir, üstəlik, Muhəmmədə (səllallahu aleyhi və səlləm) müxalif olub onunla ədavət aparırlar.