وَٱلطَّيۡرَ مَحۡشُورَةٗۖ كُلّٞ لَّهُۥٓ أَوَّابٞ ١٩
Wat-tayra mahshūratan kullul lahū awwāb
Biz quşları da toplum halda (ona ram etmişdik). Hamısı daima Allaha üz tutardı.
Təfsir
Biz göydə uçan quşları da ona ram etmişdik. Onların hamısı onunla birlikdə Allaha itaət edib təriflər deyərdi.