ٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَٱذۡكُرۡ عَبۡدَنَا دَاوُۥدَ ذَا ٱلۡأَيۡدِۖ إِنَّهُۥٓ أَوَّابٌ ١٧
Isbir 'alā mā yaqūlūna wadhkur 'abdanā dāwūda dhal-aydi innahū awwāb
Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim Allaha üz tutan bir kimsə idi.
Təfsir
Ey Peyğəmbər, bu yalan sayan kimsələrin sənə xoş gəlməyən sözlər söyləmələrinə səbir et. Düşmənləri ilə mübarizə aparan və Allaha itaət etməkdə səbirli olan qüvvətli qulumuz Davudu yadına sal! Həqiqətən, o, daim Allaha üz tutub tövbə edər və Onun razı qalacağı işləri görərdi.