أَفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَم بِهِۦ جِنَّةُۢۗ بَلِ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ فِي ٱلۡعَذَابِ وَٱلضَّلَٰلِ ٱلۡبَعِيدِ ٨
Aftarā 'alallāhi kadhiban am bihī jinnatu balil-ladhīna lā yu'minūna bil-ākhirati fil-'adhābi wad-dalālil-ba'īd
Yoxsa, o, Allahın əleyhinə yalan uydurur, bəlkə onda divanəlik var?” Xeyr! Axirətə inanmayanlar əzaba düçar olacaq, dərin bir azğınlıq içində qalacaqlar.
Təfsir
Onlar dedilər: "Görəsən, bu adam Allahın əleyhinə yalan uydurub bizim öldükdən sonra diriləcəyimizi iddia edir, yoxsa o dəli olub, boş-boş danışıb sərsəmləyir?” Xeyr, bu heç də onların dediyi kimi deyil, əksinə, həqiqətə budur ki, axirətə inanmayanlar qiyamət günü şiddətli əzaba düçar olacaqlar, üstəlik, bu dünyada onlar haqdan uzaq bir azğınlıq içindədirlər.