أَفَلَمۡ يَرَوۡاْ إِلَىٰ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِن نَّشَأۡ نَخۡسِفۡ بِهِمُ ٱلۡأَرۡضَ أَوۡ نُسۡقِطۡ عَلَيۡهِمۡ كِسَفٗا مِّنَ ٱلسَّمَآءِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّكُلِّ عَبۡدٖ مُّنِيبٖ ٩
Afalam yaraw ilā mā bayna aydīhim wamā khalfahum minas-samā'i wal-ardi in nasha' nakhsif bihimul-arda aw nusqit 'alayhim kisafam minas-samā'i inna fī dhālika la'āyatal likulli 'abdim munīb
Məgər onlar qarşılarındakı yeri və arxalarındakı göyü görmürlərmi?! Əgər istəsək, onları yerə batırar, yaxud göyün bir parçasını onların üzərlərinə salardıq. Şübhəsiz ki, bunda tövbə edib (Allaha) qayıdan hər bir qul üçün ibrət vardır.
Təfsir
Məgər öldükdən sonra yenidən dirilməyi yalan sayan o kimsələr qarşılarındakı yeri və arxalarındakı göyü görmürlərmi?! Əgər Biz onların ayaqları altındakı yeri batırmaq istəsək, onu batırar, yaxud göyün bir parçasını onların başına salmaq istəsək, salarıq. Şübhəsiz ki, bunda, Rəbbinə çox itaət edib bunun sayəsində Allahın qüdrətinə arxayın olan hər bir qul üçün qəti əlamət vardır. Belə ki, onları torpaqdan yaratmağa qadir olan Allah, onlar ölüb getdikdən və cəsədlərinin parça-parça olduqdan sonra yenidən onları diriltməyə də qadirdir.