Saba surəsi, ayə 44

34:44

وَمَآ ءَاتَيۡنَٰهُم مِّن كُتُبٖ يَدۡرُسُونَهَاۖ وَمَآ أَرۡسَلۡنَآ إِلَيۡهِمۡ قَبۡلَكَ مِن نَّذِيرٖ ٤٤

Wamā ātaynāhum min kutubin yadrusūnahā wamā arsalnā ilayhim qablaka min nadhīr

Halbuki Biz onlara oxuyub öyrənmələri üçün bir kitab verməmişdik və səndən əvvəl də onlara bir xəbərdarlıq edən göndərməmişdik.

Təfsir

Halbuki Biz onlara oxuyub öyrənmələri üçün bir kitab verməmiş­dik ki, bu kitab onlara Quranın yalan olduğunu və Muhəmmədin onu özündən uydurduğunu bildirsin. Ey Peyğəmbər, səni elçi göndərməmişdən ­əvvəl onları Allahın əzabı ilə qorxudan bir elçi göndərməmişdik.