Saba surəsi, ayə 43

34:43

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ قَالُواْ مَا هَٰذَآ إِلَّا رَجُلٞ يُرِيدُ أَن يَصُدَّكُمۡ عَمَّا كَانَ يَعۡبُدُ ءَابَآؤُكُمۡ وَقَالُواْ مَا هَٰذَآ إِلَّآ إِفۡكٞ مُّفۡتَرٗىۚ وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلۡحَقِّ لَمَّا جَآءَهُمۡ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ ٤٣

Wa idhā tutlā 'alayhim āyātunā bayyinātin qālū mā hādhā illā rajulun yurīdu an yasuddakum 'ammā kāna ya'budu ābā'ukum waqālū mā hādhā illā ifkum muftaran waqālal-ladhīna kafarū lil-haqqi lammā jā'ahum in hādhā illā sihrum mubīn

Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən döndərmək istəyən bir adamdır!”– deyərlər. Onlar: “Bu, uydurulmuş yalandan başqa bir şey deyil!”– deyərlər. Kafirlərə haqq gəldikdə onun barəsində: “Bu yalnız açıq-aydın bir sehrdir!”– deyərlər.

Təfsir

Rəsulumuza nazil olan, açıq-aydın, içində heç bir şəkk-şübhə olmayan ayələrimiz, yalan sayan o müşriklərə oxunduğu zaman dedilər: “Bu, öz təbliğatı ilə ancaq si­zi ata­la­rınızın ibadət etdiklərindən dön­dər­mək istə­yən bir adam­dır!” Onlar dedilər: “Bu Quran, Allaha qarşı uydurulmuş yalan­dan başqa bir şey de­yil­!” Allah küfr edən kimsələrə Allah tərəfindən Quran gəldikdə onun ba­rəsində dedilər: “Bu, ər ilə arvadın, habelə, oğul ilə atanı bir-birindən ayırmaq üçün olan açıq-aydın bir sehrdir!"