Saba surəsi, ayə 38

34:38

وَٱلَّذِينَ يَسۡعَوۡنَ فِيٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُوْلَٰٓئِكَ فِي ٱلۡعَذَابِ مُحۡضَرُونَ ٣٨

Walladhīna yas'awna fī āyātinā mu'ājizīna ulā'ika fil-'adhābi muhdarūn

Ayələrimizi batil etmək üçün cəhd göstərənlər isə əzaba düçar ediləcəklər.

Təfsir

İnsanları ayələrimizdən uzaqlaşdırmaq üçün bacardıqları qədər səy göstərən və məqsədlərinə çatmaq üçün əllərindən gələni edən kafirlər isə dünyada ziyana uğrayacaq, axirətdə də əzaba düçar edi­ləcəklər.