وَمَآ أَمۡوَٰلُكُمۡ وَلَآ أَوۡلَٰدُكُم بِٱلَّتِي تُقَرِّبُكُمۡ عِندَنَا زُلۡفَىٰٓ إِلَّا مَنۡ ءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَأُوْلَٰٓئِكَ لَهُمۡ جَزَآءُ ٱلضِّعۡفِ بِمَا عَمِلُواْ وَهُمۡ فِي ٱلۡغُرُفَٰتِ ءَامِنُونَ ٣٧
Wamā amwālukum walā awlādukum billatī tuqarribukum 'indanā zulfā illā man āmana wa'amila sālihan fa ulā'ika lahum jazā'ud-di'fi bimā 'amilū wahum fil-ghurufāti āminūn
Nə var-dövlətiniz, nə də oğul-uşağınız sizi Bizə yaxınlaşdırmaz. Ancaq iman gətirib saleh əməl edənlər mütəsnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar (Cənnətdəki) mənzillərində əmin-amanlıq içində yaşayacaqlar.
Təfsir
Sizi Allahın razılığını qazanmağa yaxınlaşdıra biləcək nə öyündüyünüz var-dövlətiniz, nə də oğul-uşağınızdır. Lakin Allaha iman gətirib yaxşı iş görənlərin mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq. Belə ki, insanın Allah yolunda xərclədiyi mal-dövləti və övladların onun üçün etdiyi dua onu Allaha yaxınlaşdırır. Saleh əməllər edən o möminləri etdikləri yaxşılıqlara görə, qat-qat artırılmış mükafat gözləyir. Onlar Cənnətdəki yüksək mənzillərdə, qorxduqları hər bir şeydən - əzaba düçar olmayacaqlarından, ölməyəcəklərindən və nemətlərin tükənməyəcəyindən xatircəm olduqları halda yaşayacaqlar.