قُلۡ إِنَّ رَبِّي يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥۚ وَمَآ أَنفَقۡتُم مِّن شَيۡءٖ فَهُوَ يُخۡلِفُهُۥۖ وَهُوَ خَيۡرُ ٱلرَّٰزِقِينَ ٣٩
Qul inna rabbī yabsutur-rizqa liman yashā'u min 'ibādihī wayaqdiru lahū wamā anfaqtum min shay'in fahuwa yukhlifuhū wahuwa khayrur-rāziqīn
De: “Həqiqətən, Rəbbim qullarından istədiyinin ruzisini bol edər, (istədiyinə də) onu azaldar. Nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!”
Təfsir
Ey Peyğəmbər, de: “Həqiqətən, pak və uca Rəbbim Öz qullarından dilədiyinin ruzisini bol edər, dilədiyinə də onu azaldar. Allah yolunda nə xərcləsəniz, pak və uca Allah bunun əvəzinə sizə bu dünyada ondan da xeyrilisini verər, axirətdə də böyük mükafat bəxş edər. Pak və müqəddəs Allah ruzi verənlərin ən yaxşısıdır! Odur ki, kim ruzi istəyirsə, qoy pak və müqəddəs Allahdan istəsin!”