Saba surəsi, ayə 36

34:36

قُلۡ إِنَّ رَبِّي يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٣٦

Qul inna rabbī yabsutur-rizqa liman yashā'u wayaqdiru walākinna aktharan-nāsi lā ya'lamūn

De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Lakin insanların çoxu (bunu) bilməz”.

Təfsir

Ey Peyğəmbər, özlərinə verilən nemətlərlə qürurlanan o kəslərə de: “Pak və uca Rəbbim dilədi­yi kimsə­ni ruzisini bol edib onu sınağa çəkər ki, görsün o, şükr edəcək, yoxsa nankor olacaq, dilədiyi kimsənin də ruzisini azaldıb onu sınağa çəkər ki, görsün o, səbir edəcək, yoxsa qəzəblənəcək? Lakin insanların çoxu Allahın hikmət sahibi olduğunu və O, gördüyü işləridə böyük bir hikmətlə təqdir etdiyini bilmir. Bunu bilənlər bilir, qafil olanlar da ondan qafildirlər.”