وَمَآ أَرۡسَلۡنَا فِي قَرۡيَةٖ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتۡرَفُوهَآ إِنَّا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ كَٰفِرُونَ ٣٤
Wamā arsalnā fī qaryatim min nadhīrin illā qāla mutrafūhā innā bimā ursiltum bihī kāfirūn
Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan kimsələri: “Biz sizinlə göndərilənləri inkar edirik!”– dedilər.
Təfsir
Biz hansı bir məmləkətə Allahın əzabı ilə qorxudan peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sultanları, zadəganları və varlıları onlara sadəcə olaraq: “Ey elçilər, biz sizinlə göndərilənləri inkar edirik!”– dedilər.