وَقَالَ ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُواْ بَلۡ مَكۡرُ ٱلَّيۡلِ وَٱلنَّهَارِ إِذۡ تَأۡمُرُونَنَآ أَن نَّكۡفُرَ بِٱللَّهِ وَنَجۡعَلَ لَهُۥٓ أَندَادٗاۚ وَأَسَرُّواْ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَۚ وَجَعَلۡنَا ٱلۡأَغۡلَٰلَ فِيٓ أَعۡنَاقِ ٱلَّذِينَ كَفَرُواْۖ هَلۡ يُجۡزَوۡنَ إِلَّا مَا كَانُواْ يَعۡمَلُونَ ٣٣
Waqālal-ladhīnastud'ifū lilladhīnastakbarū bal makrul-layli wan-nahāri idh ta'murūnanā an nakfura billāhi wanaj'ala lahū andādan wa asarrun-nadāmata lammā ra'awul-'adhāba waja'alnal-aghlāla fī a'nāqil-ladhīna kafarū hal yujzawna illā mā kānū ya'malūn
Zəiflər özlərini yüksək tutanlara deyəcəklər: “Xeyr! (İşiniz) gecə-gündüz hiylə qurmaq idi. Siz bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz”. Onlar əzabı gördükdə peşmançılıq hissini gizlədərlər. Kafirlərin boyunlarına zəncirlər vurarıq. Onlar ancaq etdikləri əməllərə görə cəzalandırılarlar.
Təfsir
Böyüklərinə tabe olmuş zəiflər, haqqa boyun əyməyə təkəbbürlük göstərmiş böyüklərə deyəcəklər: “Xeyr, sizin gecə-gündüz bizə qurduğunuz hiylələr bizi doğru yoldan azdırdı. Siz bizə Allaha küfr etməyi və Allahı qoyub məxluqata ibadət etməyi əmr edirdiniz”. Onlar əzabı gördükdə və canlarını əzabdan qurtara bilməyəcəklərini yəqin etdikdə, dünyada etdikləri küfrə görə peşmançılıq hisslərini gizlədəcəklər. Biz, kafirlərin boyunlarına zəncirlər vurarıq. Onlar dünyada etdikləri əməllərə görə - Alladan baqasına tapındıqlarına və asi əməllər etdiklərinə görə belə cəza ilə cəzalandırılarlar.