قُل لَّكُم مِّيعَادُ يَوۡمٖ لَّا تَسۡتَـٔۡخِرُونَ عَنۡهُ سَاعَةٗ وَلَا تَسۡتَقۡدِمُونَ ٣٠
Qul lakum mī'ādu yawmil lā tasta'khirūna 'anhu sā'atan walā tastaqdimūn
De: “Sizə vəd edilmiş bir gün var ki, siz onu nə bircə saat yubadar, nə də tezləşdirə bilərsiniz”.
Təfsir
Ey Peyğəmbər, əzabın tez gəlməsini istəyən o kimsələrə de: “Sizə vəd edilmiş müəyyən bir gün var ki, siz nə bircə saat ondan yubanar, nə də bircə saat onu qabaqlaya bilərsiniz. O gün qiyamət günüdür.”