Qaf surəsi, ayə 22

50:22

لَّقَدۡ كُنتَ فِي غَفۡلَةٖ مِّنۡ هَٰذَا فَكَشَفۡنَا عَنكَ غِطَآءَكَ فَبَصَرُكَ ٱلۡيَوۡمَ حَدِيدٞ ٢٢

Llaqad kunta fī ghaflatim min hādhā fakashafnā 'anka ghitā'aka fabasarukal-yawma hadīd

(Ona belə deyiləcəkdir:) “Sən bundan qəflət içində idin. Biz səndən pərdəni qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”

Təfsir

Məhşərə gətirilən o insana belə deyiləcək: "Sən dünyada ikən şəhvətlərə və ləzzətlərə aldandığına görə, bu günün haqqında qəflət içində idin. Lakin Biz sənin qəflətini aradan qaldırdıq ki, əzabı və qəm-qüssəni görəsən. Bu gün sən artıq çox yaxşı gö­rürsən və barəsində qafil olduğunu dərk edirsən!”