Qaf surəsi, ayə 16

50:16

وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ وَنَعۡلَمُ مَا تُوَسۡوِسُ بِهِۦ نَفۡسُهُۥۖ وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنۡ حَبۡلِ ٱلۡوَرِيدِ ١٦

Walaqad khalaqnal-insāna wana'lamu mā tuwaswisu bihī nafsuhū wanahnu aqrabu ilayhi min hablil-warīd

İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından daha yaxınıq.

Təfsir

İnsanı Biz yaratdıq və nəfsinin ona təlqin etdi­yi xəyalları və fikirləri bili­rik. Biz ona qəlbə bağlı olan boynunda yerləşən şah da­marından da yaxınıq.