Muhammad surəsi, ayə 4

47:4

فَإِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُواْ فَضَرۡبَ ٱلرِّقَابِ حَتَّىٰٓ إِذَآ أَثۡخَنتُمُوهُمۡ فَشُدُّواْ ٱلۡوَثَاقَ فَإِمَّا مَنَّۢا بَعۡدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلۡحَرۡبُ أَوۡزَارَهَاۚ ذَٰلِكَۖ وَلَوۡ يَشَآءُ ٱللَّهُ لَٱنتَصَرَ مِنۡهُمۡ وَلَٰكِن لِّيَبۡلُوَاْ بَعۡضَكُم بِبَعۡضٖۗ وَٱلَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ فَلَن يُضِلَّ أَعۡمَٰلَهُمۡ ٤

Fa idhā laqītumul-ladhīna kafarū fadarbar-riqābi hattā idhā athkhantumūhum fashuddul-wathāqa fa immā mannā ba'du wa immā fidā'an hattā tada'al-harbu awzārahā dhālika walaw yashā'ullāhu lantasara minhum walākil liyabluwa ba'dakum biba'din walladhīna qutilū fī sabīlillāhi falan yudilla a'mālahum

(Ey möminlər!) Kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları məğlub etdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Müharibə bitdikdə isə onları ya fidyəsiz, ya da fidyə alıb azad edin. Bu (Allahın hökmüdür). Əgər Allah istəsəydi, onlardan (döyüşsüz də) intiqam alardı. Lakin O, sizi biri-birinizlə sınağa çəkmək üçün (belə etdi). Allah Onun yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz.

Təfsir

Ey möminlər! Sizə qarşı vuruşan kafirlərlə qarşı-qarşıya gəl­diyiniz zaman qılınclarınızla onların bo­ynunu vurun. On­ları qırıb-çatanadək və onların müqavimətini sındıranadək onlarla vuruşun. Elə ki onları qırıb-çatdınız, əsirlərə bağ­­la­dığınız kəndirləri bərk çəkin. Onları əsir götürdükdə, öz məsləhətinizə görə siz ixtiyar sahibisiniz, ya rəhm edib onlardan fidyə almadan, ya da mallarından və sairədən fidyə götürərək onları azad edə bilərsiniz. Kafirlər İslamı qəbul edənədək və ya əhd bağlayanadək onlarla vuruşun və onlardan əsirlər götürün. Möminlərin kafirlər vasitəsilə imtahan edilməsinin xatırlanması və günlərin dəyişgən olması - bəzən bunların onlara, bəzəndə onların bunlara qalib gəlməsi Allahın hikmətindəndir. Hərçənd Allah istəsəydi, kafirlərə qalib gəlmək üçün onlardan dö­yüş­süz intiqam alar­dı, lakin O, sizi bir-birinizlə imtahana çəkmək, möminlər arasında kimlərin vuruşduğunu, kimlərində döyüşdən yayındığını ayırd etmək və bir də kafiri möminlə sınamaq üçün cihadı əmr etdi. Belə ki, əgər mömin kimsə öldürülsə, Cənnətə daxil olar, yox əgər mömin kafiri oldürərsə, kafir Cəhənnəmlik olar. Allah yo­lunda öldürülən­lə­rin isə əməllərini Allah heç vaxt puç etməz.