۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَلَا تُبۡطِلُوٓاْ أَعۡمَٰلَكُمۡ ٣٣
Yā'ayyuhal-ladhīna āmanū atī'ullāha wa atī'ur-rasūla walā tubtilū a'mālakum
Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin!
Təfsir
Ey Allaha iman gətirən və Onun əmrlərini yerinə yetirən kimsələr! Allahın və Onun rəsulunun əmrlərini yerinə yetirməklə və qadağan etdiyi əməllərdən çəkinməklə Allaha və Rəsuluna itaət edin, küfr və riyakarlıq etməklə əməllərinizi puç etməyin!